Siyasət

“Azərbaycanın bu addımı çaşdırıcıdır” – Rusiya XİN

“Azərbaycanın Ukraynaya “humanitar yardım kimi” transformator və generatorları təhvil verməsi çaşdırıcıdır”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri TASS-a Rusiya Xarici İşlər Nazirliyindəki mənbə deyib.

Qeyd edək ki, dekabrın 10-da Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə, Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.

Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı bugün Ukraynanın ölkəmizdəki səfirinin və “Azerenerji” ASC-nin nümayəndələrinin iştirakı ilə Qobu Enerji Qovşağının ərazisindən yola salınıb.

Bənzər yazılar

Back to top button