İdman

Messi: “Bir addımımız qaldı”

Argentina millisinin kapitanı Lionel Messi yeni rekorduna münasibət bildirib.

Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu dünya çempionatlarında vurduğu qolların sayını 11-ə yüksəldib. Bununla da o, Qabriel Batistutanı (10 qol) geridə qoyaraq mundiallarda ən çox qol vuran Argentina millisinin üzvü olub.

Messi yeni rekordu ilə bağlı deyib: “Bütün bunlar yaxşıdır, ancaq komandanın uğuru vacibdir, bu, ən gözəli olardı. Dünya çempionatının kubokunu qazanmaq üçün bir addımımız qalıb. Biz çox mübarizə apardıq və indi bütün gücümüzü verəcəyik ki, bu dəfə uğur qazanaq”.

Qeyd edək ki, Argentina finalda dekabrın 18-i Fransa ilə qarşılaşacaq.

Bənzər yazılar

Back to top button