Cəmiyyət

Psixiatr təsdiqlədi: Siqaret dəliliyə aparır…

Tütündən asılılıq orqanizmin müqavimət gücünü zəiflədir.

Qaynarinfo xəbər verir ki, buz sözləri yüksək dərəcəli psixoterapevt Aleksandr Foyodoroviç britaniyalı alimlərin siqasretin yeni təhlükəsi haqda araşdırmalarına münasibət bildirərkən deyib.

“Depressiv təcrübələrə gəldikdə, əminliklə deyə bilərik ki, nikotin də daxil olmaqla, hər hansı bir asılılıq artıq psixiatrik təsnifata daxil olmuş və kimyəvi asılılıqlara aiddir, o, nəinki fəaliyyəti azaldır, həm də bədənin müqavimətini zəiflədir. Müvafiq olaraq, bu, stresin aktivləşməsinə, o cümlədən depressiv halların yayılmasına təsir edir”, – psixiatr qeyd edib.

Xatırladaq ki, Britaniya alimləri siqaret çəkənlərin çəkməyənlərə nisbətən iki dəfə artıq xroniki depresiyaya və şizofreniya xəstəliyinə tutulması haqda araşdırmalarının nəticələrini paylaşıblar.

Bənzər yazılar

Back to top button