Dünya

25 iti qaçırıb yeyən canavar kameraya düşdü – FOTO

Türkiyənin Bilecik rayonunun Bozüyük qəsəbəsində ötən aylarda bir vəhşi heyvan 25 iti qaçıraraq yeyib.

Aztoday.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu vəziyyət qəsəbədə qorxuya səbəb olub. Artıq bir neçə aydır ki, insanlar gecə saatlarında evlərindən çölə çıxmırlar. Hətta məhəllə muxtarı gecələr səhərə qədər itlərini qaçırıb yeyən həmin vəhşini yaxalamaq üçün qarovul çəkirmiş.

Vəziyyət gərginləşdiyindən yerli icra orqanı qəsəbənin müxtəlif yerlərinə kamera quraşdırıb. Təxminən bir ay sonra həmin canlı kameraya düşüb. Məlum olub ki, itləri yeyən canlı canavar imiş.

Bənzər yazılar

Back to top button