Mədəniyyət

Nazirliyin Kukla Teatrında apardığı müəmmalı yoxlama uzanır

Mədəniyyət Nazirliyinin Kukla Teatrında apardığı yoxlama yekunlaşmayıb.

Bunu Qaynarinfo-ya açıqlamasında Kukla Teatrının direktoru Rəşad Əhmədov deyib. Direktor rəhbərlik etdiyi qurumda 25 gündür aparılan yoxlamanın nəticələrindən məlumatsız olduğunu bildirib:

“Yoxlama bitsin, akt yazılsın… Ondan sonra biləcəyik. İndiki vəziyyətdə mənə heç bir məlumat verilməyib”.

Qeyd edək ki, bir aya yaxındır, Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalara başlayıb.

Xatırladaq ki, teatrın rejissoru Səidə Haqverdiyeva Qaynarinfo-ya açıqlamasında Mədəniyyət Nazirliyini tənqid edib. Bundan sonra isə nazirlik sözü gedən teatr ocağına yoxlama təyin edib.

Bənzər yazılar

Back to top button