İqtisadiyyat

Sığorta yığımlarının 66,6%-i “Paşa Sığorta”nın payına düşür – 6 ayda 327 milyon…

Bu ilin ilk yarısında ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 491,6 milyon manat məbləğində sığorta haqqının yarıdan çoxunu – 66,6%-i “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb.

Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 327,2 milyon manat olub.

Digər 20 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk üçlüyünü 39 milyon manatlıq yığımla “Atəşgah”, 33,8 milyon manatlıq yığımla “Qala” və 23 milyon manatlıq yığımla “Xalq” sığorta şirkətləri tamamlayır.

Rəqəmlərdən də göründüyü kimi sığorta yəğmlarının 86%-i adları qeyd olunan 4 şirkətin – “Paşa”, “Atəşgah”, “Qala” və “Xalq” şirkətlərinin əlində cəmlənib. Bu ilin ilk 6 ayında 4 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 423 milyon manat olub.

Ən az sığorta haqqı toplayan şirkətlər isə 881 min manatlıq yığımla “Meqa Həyat Sığorta”, 1 milyon 228 min manatlıq yığımla “Naxçıvansığorta”, 2 milyon 351 min manatlıq yığımla “Ata Sığorta” şirkətləri olub.

Bənzər yazılar

Back to top button