Dünya

Moskva polisi Kommunist Partiyasından olan deputatları saxladı (VİDEO)

Mayın 9-da, Moskvanın mərkəzində polis Qələbə Günü şərəfinə mitinqə çıxan Rusiya Federasiyası Kommunist Partiyasından olan deputatları saxlayıb.

Qaynarinfo xəbər verir ki, Dövlət Dumasının deputatı Valeri Raşkin, Moskva Şəhər Dumasından bir neçə yoldaş və bir qrup fəal Puşkin meydanına toplaşıb. Əvvəlcə polis əməkdaşları səsgücləndiricilər vasitəsilə vətəndaşları məsafə saxlamağa çağırıb və bir müddət sonra bir neçə etirazçı saxlanılıb.

Raşkin jurnalistlərə bildirib ki, Moskva Dumasının deputatları “Tarasova, Zubrilin, Maksimov, Şeremetyev və bir neçə köməkçisi”, ümumilikdə 10 nəfər saxlanılıb.
https://www.facebook.com/OkhapkinK/videos/3381165751898415/?v=3381165751898415

Bənzər yazılar

Back to top button