Digər

Ermənilər Qızılbulaq mədəninin istismarını dayandırır və beynəlxalq ekoloqları dəvət etmək istəyirlər

Dekabrın 28-də axşam erməni KIV-ləri xəbər veriblər ki, “Base Metals” şirkəti müstəqil beynəlxalq ekoloji ekspertizanın keçirilməsi üçün Dağlıq Qarabağdakı Kaşen mədəninin fəaliyyətini dayandırır”.

“Sputnik Ermənistan” xəbər verir ki, ekspertizanın keçirilməsi üçün BMT-nin müvafiq strukturlarına və beynəlxalq təşkilatlara müraciət göndərilib.

Qeyd edək ki, Kaşen – “Qızılbulaq” azərbaycanlı ekoloqların yoxlamaq niyyətində olduğu, lakin dekabrın 7-də ermənilər tərəfindən ora buraxılmayan iki mədəndən biridir.

Xarici strukturları cəlb etməklə ermənilər ekoloji normaların pozulmasının olmadığını təsdiq edən beynəlxalq sənədlər almağa ümid edirlər. Lakin nəzərə almırlar ki, Azərbaycan heç bir ekspertin onların iştirakı olmadan Qarabaga gəlməsinə icazə verməyəcək. Bundan əlavə, Azərbaycan ərazisinə daxil olmaq üçün rəsmi Bakının razılığını almaq lazımdır. (Turan)

Bənzər yazılar

Back to top button