Dünya

RUS GENERAL BAŞ QƏRARGAHA RƏHBƏR GƏTİRİLİR..?

Halhazırda Müdafiə Naziri Postu uğrunda qızışan savaşda Baş Qərargah postu üçün bir çox namizədin adları hallanır. Hazır ki, qərargah rəisi Liu Cjenli MN postuna ən real namizəd kimi yazıldığından onun yerini kimin əvəzləyəcəyi mediada müzakirə predmetinə çevrilib. Bir sıra xəbərlərə görə yeni Qərargah Rəisi Çan Dinqyu ola bilər. Çan Hərbi Hava Qüvvələrinin hazırkı rəhbəri keçmiş qırıcı pilotdur…

Çan həm də orduya rəhbərlik edən 56 general arasında hərbi zonaların (keçmiş hərbi bölgələr) komandirləri səviyyəsində Cənub Hərbi Bölgəsində (Cənubi Çin dənizi) ən gənc generaldır. Digər ən gənc general isə hazırkı Baş Qərargah rəisi, potensial müdafiə naziri Liu Cjenlidir. Çinlilərin deyimi ilə desək müharibə gənclərin işidir. Çan 2003-cü ildə Rusiyada təlim keçmişdir. Ordu sıralarında RUSİYALI olaraq çağırılır…

Səhv etmirəmsə, Ordunun bütün tarixində bu, Baş Qərargahın aviasiyadan olan ilk rəisidir. Əvvəllər Baş Qərargahda yalnız quru qoşunlarından olan şəxslər var idi. Bu, strategiyada potensial olaraq radikal bir dəyişiklikdir – müdafiədən hücuma. Görünür, Ukrayna əməliyyatının təcrübəsi göstərdi ki, Tayvan uğurunu təmin etmək üçün hava üstünlüyü lazımdır…

Pərviz Əliyev, politoloq

Bənzər yazılar

Back to top button