İdman

Di Mariya finala hazırdır

Argentina millisinin üzvü Anhel Di Mariya zədəsini tam sağaldıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, komanda yoldaşları ilə məşq edən 34 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin Fransa ilə keçiriləcək final matçına hazırdır.

Di Mariya mundialın qrup mərhələsinin 3-cü turunda Polşa ilə oyunda zədələnmişdi.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək Argentina – Fransa matçı saat 19:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button