Siyasət

ABŞ-ın müvəqqəti işlər vəkili AXCP və REAL rəhbərlərilə görüşüb

Dekabrın 15-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovla ayrılıqda görüşüb.

Əli Kərimli öz Facebook səhifəsində yazıb ki, “cənab Gevara ilə “Siyasi partiyalar haqqında” yeni qanun, ölkədəki siyasi məhbuslar, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması başda olmaqla ölkəmiz üçün vacib ictimai-siyasi problemləri müzakirə etdik”.

Öz növbəsində REAL Partiyasının lideri öz Facebook səhifəsində yazıb ki, söhbət zamanı ikitərəfli və beynəlxalq münasibətlərə dair mövzular haqqında fikir mübadiləsi aparılıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi görüşlərin olduğunu təsdiq edib, lakin detalları açıqlamayıb.(Turan)

Bənzər yazılar

Back to top button