ManşetSiyasət

Parlament “Siyasi partiyalar haqqında” qalmaqallı qanunu qəbul edib

Cümə günü Milli Məclis “Siyasi partiyalar haqqında” mürtəce qanunu üçüncü yekun oxunuşda qəbul edib.

Bu akt həm ölkənin siyasi qüvvələrinin, həm də beynəlxalq təşkilatların çoxsaylı etirazlarına və tələblərinə baxmayaraq qəbul edilib.

Bu qanunu tənqid edənlərin fikrincə, o, hüquq və azadlıqları, o cümlədən toplaşmaq və ifadə azadlığını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Belə ki, siyasi partiyanın qeydiyyata alınması üçün onun ən azı 5000 üzvü olmalıdır. Əgər onların sayı 4500-dən aşağı olarsa, o zaman bu partiyanın dövlət qeydiyyatının ləğvilə bağlı məhkəmədə iddia qaldırıla bilər.

Həmçinin siyasi partiyaların üzvlərinin reyestri aparılacaq. Partiya üzvlərinin bütün məlumatları açıq olmalıdır. Dövlət qeydiyyatı olmadan siyasi fəaliyyətə yol verilmir.

Siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əməkhaqqının 35 mislindən (hazırda 10,5 min manat) artıq ola bilməz.

Müxalifət bu normaları hakimiyyətin onun siyasi fəaliyyətini məhdudlaşdırmasını və müxalifət partiyalarının ləğvini qanuniləşdirmək cəhdi kimi qiymətləndirir.

Dekabrın 14-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi Avropa Şurası Venesiya Komissiyasının bu qanuna təcili qiymət verməsi barədə qərar qəbul edib. Bu barədə REAL lideri İlqar Məmmədov bildirib.(Turan)

Bənzər yazılar

Back to top button