Siyasət
Zakir Həsənov Qarabağda “sülhməramlı”nın həlak olmasına görə Rusiyaya başsağlığı verdi
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Şuşa şəhərinin yaxınlığındakı yol sahəsini minalardan təmizləyərkən Rusiya Federasiyası Silahlı Qüvvələrinin zabitinin həlak olması xəbəri məni dərindən kədərləndirdi. Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan zabitin ailəsinə, əzizlərinə və yaxınlarına başsağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”, – başsağlığında deyilir.