GündəmManşetSiyasət

Xocalıda Bakı nümayəndələrinin sülhməramlıların komandanlığı ilə növbəti görüşü olub

Dekabrın 16-da Xocalıda Rusiya sülhməramlılarının qərargahında Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələrilə Rusiya sülhməramlılarının komandanlığı arasında danışıqlar aparılıb. Bu barədə Monitorinq Qrupunun rəhbəri Məsim Məmmədov bildirib.

Azərbaycan tərəfi növbəti dəfə vurğulayıb ki, “Qızılbulaq” və “Dəmirli” qızıl və mis-molibden yataqlarında təftiş aparmalıdır. Əvvəllər təsdiq edilmiş Yol xəritəsinə əsasən, sülhməramlılar bu işin təşkilini təmin etməlidirlər.

Xatırladaq ki, Yol xəritəsi dekabrın 3-də Xocalıda sülhməramlıların qərargahında Azərbaycanın dövlət orqanları nümayəndələrinin sülhməramlıları komandanlığı ilə ilk görüşündən sonra təsdiq edilib. Lakin dekabrın 10-da erməni tərəfi Bakıdan gələn Monitorinq Qrupunu Qarabağın keçmiş Mardakert rayonundakı adı çəkilən mədənlərə buraxmayıb.

Bənzər yazılar

Back to top button