İqtisadiyyat

“Böyük ümidlər” neftin qiyməti qaldırır

Bazar ertəsi günortadan sonra “qara qızıl”ın etalon markalarının qiymətləri kəskin cümə enişindən sonra artmaqda davam edib.

Qaynarinfo “Praym”a istindala xəbər verir ki, Bakı vaxtı ilə 14:26-da Şimal Dəniz Brent markalı neft qarışığının iyul fyuçersləri əvvəlki səviyyədən 0.09% artaraq 35,17 dollar/barelə yüksəlib. Qərbi Texas WTI markalı iyul fyuçersləri isə 0.81% artaraq bir barel üçün $ 33.51-ə çatıb.

Maliyyə və İnvestisiya İdarəçiliyi Akademiyasının direktoru Arseni Dadaşovun sözlərinə görə, “bazar dünya iqtisadiyyatının sürətli bir şəkildə bərpa olunmasına və enerji tələbinə ümidlərlə idarə olunur.”

Ekspertin rəyində deyilir: “Bu, indi kotirovkaları şimal istiqamətə itələyən əsas drayverdir”.

Bununla birlikdə, o, bu ehtimalı da istisna etməyib:

“Bu mövzuda son nikbinliyin, xüsusən də keçən cümə günü Çin hökumətinin bu il ÜDM artımına dair hədəf proqnozu verməkdən imtina etməsindən sonra bəlkə də bir az şişirdilib”.

Bənzər yazılar

Back to top button