İqtisadiyyat

Ərdoğan və Əliyev İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi bir günlük işgüzar səfərlə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin məlumatında deyilir.

Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Məlumata görə, liderlər ikitərəfli Türkiyə-Azərbaycan münasibətlərini müzakirə edəcəklər.

Həmçinin aktual regional və beynəlxalq problemlər, ilk növbədə Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq.

İki ölkə prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması və modernləşdirilmiş Naxçıvan hərbi kompleksinin açılış mərasimində iştirak edəcəklər.(Turan)

Bənzər yazılar

Back to top button