Hadisə

Bu il Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri 15620 hektar ərazini minalardan təmizləyiblər

Bu il Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam bölmələri 15620 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyiblər. Bu barədə cümə günü ölkənin Müdafiə Nazirliyi bildirib.

Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə 29113 hektardan çox ərazi minalardan təmizlənib. 10185 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə və 10445 ədəd partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib.

Əsas səylər yaşayış məntəqələrinin, əkin sahələrinin, yolların və infrastruktur obyektlərinin minalardan təmizlənməsinə yönəlib, məlumatda deyilir.

Bənzər yazılar

Back to top button