İdman

Fransa millisində DÇ-2022 finalı öncəsi problemlər

Fransa millisinin daha 2 futbolçusu DÇ-2022-nin finalı öncəsi qripə yoluxub.

Qol.az “French Football News”a istinadən xəbər verir ki, Adrien Rabyo və Dayo Upamekanonun ardından mərkəz müdafiəçiləri Rafael Varan və İbrahima Konate də xəstəliyə tutulub. Bildirilir ki, hazırda Varandakı xəstəlik simptomları daha ağırdır. Konate isə yüngül xəstəlik keçirib. Hər iki futbolçunun vəziyyəti Fransa yığmasının məşqçilərini narahat edir. Onların dünya çempionatının finalında oynayıb-oynamayacağına – qərar qəbul etməzdən əvvəl səhhətlərinə diqqətlə nəzarət olunacaq.

Əvvəllər artıq xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirlər görülüb – milli komandanın yaşadığı otelin bütün işçilərindən maska ​​taxmaq tələb olunur, otelin dəhlizlərində və yeməkxanalarda antiseptik gellər qoyulub.

Qeyd edək ki, Fransa dekabrın 18-i DÇ-2022-nin finalında Argentina ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq ki, Fransa millisinin üzvlərindən Adrien Rabyo və Dayo Upamekano qripə yoluxduqlarına görə yarımfinalda Mərakeşlə oyunu (2:0) buraxmışdılar.

Bənzər yazılar

Back to top button