Dünya

Paşinyanın qaynı Artur Vanetsyanı xarici xüsusi xidmət orqanlarına işləməkdə suçladı

Belə çıxır ki, 1 ildən çox müddətə Ermənistan Təhlükəsizlik Xidmətinə xarici agent rəhbərlik edib?

“Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan, ictimaiyyətin diqqətini özünün korrupsiya işlərindən yayındırmaq üçün yalnız Qarabağ danışıqları ilə bağlı bir sual ilə baş nazir Nikol Paşinyana müraciət edib. Düşünürəm ki, Xarici İşlər Nazirliyi və Baş nazirin sözçüsü bu suallara geniş cavab verib. Ancaq maraqlı suallar mövsümü başlayan kimi mən də öz növbəmdə Artur Vanetsyana sual vermək istərdim”.

AzToday.az “Armenia Today”a istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində hakim “Mənim addımım” blokunun üzvü baş nazir Paşinyanın qaynı Hraçya Hakopyan yazıb:

“Bəlkə bir gün Vanetsyanın xarici xüsusi xidmət orqanları tərəfindən “ələ keçirildiyi” üçün TX-nin direktoru vəzifəsindən azad edildiyi ortaya çıxacaq? Bəlkə də müəyyən edilib ki, baş nazir Nikol Paşinyan faktların təzyiqi altında Vanetsyanı xarici xüsusi xidmət orqanlarının işində əlaqəli olduğunu etiraf etməyə məcbur edib?”

Deputat daha sonra yazır ki, çoxları deyəcək ki, əgər bütün bunlar doğrudursa, onda Vanetsyana qarşı cinayət işi açılmalıdır: “Lakin dünya praktikası belədir: xarici agentlər bu agenti işə götürən ölkə ilə münasibətləri korlamaq istədikləri zaman tutulur və mühakimə olunur. Əgər belə deyilsə, agentlər sadəcə zərərsizləşdirilir ki, fəaliyyət göstərməsinlər. Ermənistan heç bir ölkə ilə münasibətləri korlamaq istəmir”.

Bu isə əsl ermənisayağı yanaşmadır: belə çıxır ki, 1 ildən çox müddətə Ermənistan Təhlükəsizlik Xidmətinə xarici agent rəhbərlik edib?

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button