Dünya

Britaniya kəşfiyyatının rəhbəri Nikol Paşinyanla görüşüb

Dekabrın 16-da Böyük Britaniyanın Mİ-6 kəşfiyyatının rəisi Riçard Mur İrəvana gəlib.

Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Cənubi Qafqazda gedən proseslər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Qeyd edək ki, bu, Britaniya kəşfiyyatının rəhbərinin regiona ilk səfəridir. Bu, Londonun buradakı proseslərə verdiyi önəmdən xəbər verir. Bundan əlavə, bu cür səfərlər zamanı çox həssas məsələlər müzakirə olunur və məxfi təkliflər verilir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Robert Börns da İrəvana eyni gözlənilməz səfər etmişdi.(Turan)

Bənzər yazılar

Back to top button