İdman

Deşam: “Messinin oyununu məhdudlaşdırmalıyıq”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin finalında Argentina ilə keçirəcəkləri matç barədə danışıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis deyib:

“Biz Argentina DÇ-2018-də artıq 1/8 finalda qarşılaşmışdıq. Yadınızdadır? Gəlin nə edəcəyimizi düşünək. Amma biz Messinin oyununu məhdudlaşdırmaq üçün addımlar atılmalıdır. 4 il əvvəl biz ondan daha çox sağ cinahda oynayacağını gözləyirdik və o, mərkəz hücumçusu kimi oynayırdı. Bu mövqedə Messi pleymeykerdir, daha çox sərbəstliyə malikdir. Ona görə də onunla məşğul olmaq daha çətindir”.

Qeyd edək ki, Argentina – Fransa oyunu dekabrın 18-də keçiriləcək.

Bənzər yazılar

Back to top button