Digər

ABŞ Dağlıq Qarabağa qaz verilməsinin bərpasına şaddır

ABŞ “şaddır ki”, Dağlıq Qarabağa təbii qaz verilməsi bərpa olunub, bu barədə cümə günü Dövlət Departamentindən bildiriblər, xəbəri Turan-ın ABŞ-dakı müxbiri verib.

“Energetika infrastrukturunda fasilələr humanitar böhrana səbəb ola bilər”, bu barədə gündəlik brifinqdə Dövlət Departamentinin nümayəndəsi Vedant Patel bildirib.

O, Vaşinqtonun Laçın dəhlizinin bağlanmasının “ciddi humanitar nəticələri olduğu və sülh prosesini geriyə atdığı” haqqında mövqeyini təsdiq edib.

“Biz dəhlizdə sərbəst hərəkəti mümkün qədər tez bərpa etməyə çağırırıq, bunun yolu danışıqlardan keçir”, deyə o əlavə edib.

Vaşinton tərəflərin hələ də sülh müqaviləsini ilin sonuna qədər imzalamaqda maraqlı olduğunu düşünür? Turan-ın müxbirinin bu sualına cavabda Patel deyib ki, “müddət təyin etmək lazım deyil”.

O qeyd edib ki, dövlət katibi Blinken bu məsələyə çox diqqət yetirir.

Bənzər yazılar

Back to top button