İqtisadiyyat

“Türkiyənin tikinti şirkətləri Qarabağda 100 milyonluq layihələr icra edir”

“İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti layihələrinə xarici şirkətlərin cəlbi üzrə maliyyə əməliyyatlarının nəticələri balansının “tikinti xidmətləri” bölməsində görünmür. Çünki 2021-ci ilə qədər də, son 2 ildə də xaricdən qeyri-neft sektoru üçün idxal olunan tikinti xidmətlərinə görə ödəmələrin dəyəri simvolik məbləğlərdə olub (təxminən 3-5 milyon manat). Amma hər kəs bilir ki, ən azından Türkiyənin müxtəlif tikinti şirkətləri dəyəri 100 milyon manatlarla ölçülən tikinti layihələri icra edirlər. Əlavə olaraq, xeyli sayda Avropa şirkətləri memarlıq və arxitektura məqsədli dəyəri 10 milyonlarla ölçülən layihələr icra edir”.

B barədə iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.

“Güman ki, bu layihələrin icrası ilə bağlı qeyri-rezidentlərə maaş və mənfəət formasında ödənişlər üzrə ölkədən çıxarılan vəsaitlərin məbləğini izləmək üçün “ilkin gəlirlər” bölməsinə (qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödəmələr maddəsi) diqqət yetirmək lazımdır. 2021-ci ilə qədər bu maddə üzrə məbləğlər də nəzərəçarpmayacaq qədər kiçik olub (3-4 milyon manat). Son 2 ilin 9 ayı üzrə həmin məbləğ 500 mln. manata yaxınlaşıb. İkinci diqqətçəkən məqam ölkədən depozit və xalis valyuta formasında xalis kapital çıxışının məbləği 12 dəfədən artaraq 3.2 mlrd. dollara çatmasıdır”, – ekspert bildirib.

Bənzər yazılar

Back to top button