İdman

Benzemadan finalda oynayacağı barədə xəbərlərə münasibət

Fransa millisinin üzvü Kərim Benzema DÇ-2022-nin finalında Argentinaya qarşı oynaya biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

34 yaşlı hücumçu bu məlumatlara “Belə şeylər mənə maraqlı deyil” şərhini verib.

Benzema turnir başlamazdan əvvəl zədələnsə də, iştirak ərizəsində onu başqa oyunçu ilə əvəzləməyiblər. Buna görə də nəzəri cəhətdən o, zədəsini sağaltdığı üçün meydana daxil ola bilər.

Qeyd edək ki, sabah keçiriləcək Argentina – Fransa oyunu Baı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button