
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin “Le Monde” qəzetini tənqid edib.
Yeniavaz.com xəbər verir ki, səfir bu barədə tvitterdə bildirib.
O vurğulayıb ki, qəzet Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edib.
“Le Monde” gözünü aç!
– Şuşa-Xankəndi yolu dinc etirazçılar tərəfindən bağlanmayıb, bütün mülki nəqliyyat azad şəkildə hərəkət edir;
– Halbuki Naxçıvan Ermənistana görə Azərbaycandan 30 ildir ki, ayrı düşüb (yol bağlanıb)”, – deyə o qeyd edib.