Hadisə

“Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb” – Penitensiar Xidmət

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.

Bu barədə Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov məlumat verib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Yeniavaz.com-a verdiyi açıqlamada bildirib ki, Penitensiar Xidmətin yaydığı məlumatdan xəbərdardır:

“Vəkil Aqil Layıc sabah səhər Bəxtiyar Hacıyevə baş çəkəcək. Dəqiq məlumatı o verə bilər. Hazırda məndə faktı təsdiqləyən və ya inkar edən bir məlumat yoxdur. Əvvəlki təcrübələrdən də görmüşük ki, bu tipli məlumatlar hər zaman dəqiq olmur. Həssas bir məsələdir, cəmiyyətin də, ictimaiyyətin də diqqəti bura fokslanıb. Yalnız tam dəqiq o zaman təsdiqlənə bilər ki, sabah vəkil B. Hacıyevlə birbaşa görüşsün və faktı təsdiqləsin. Bizim vəzifəmiz deyil ki, rəsmi məlumatlara bel bağlayaq”.

Qeyd edək ki, “İctimai Siyasət İnstitutu”nun rəhbəri Bəxtiyar Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.

Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button