Cəmiyyət

Bakıdan Naxçıvana və əks istiqamətdə bütün reyslər təxirə salındı

Naxçıvan şəhəri üzərində ikinci gündür ki, davam edən əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən və uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə bütün reyslər təxirə salınıb.

Bu barədə Azərbaycan Hava Yolları” QSC-nin yaydığı məlumatda deyilir.

“”Azərbaycan Hava Yolları” bütün sərnişinlərdən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Həmçinin, uçuşlar haqqında məlumat yeniləndikdə bütün sərnişinlər fərdi şəkildə məlumatlandırılacaq”, – məlumatda bildirilir.

Bənzər yazılar

Back to top button