Digər

Hakimiyyətə necə gəldi – Müəllif general Zhu Chunlin (İİ YAZI)

Özbəkistan MK-Katibi Şərəf Rəşidovun Asiyada nüfuzu olduqca böyük idi. O, bunu 1950-1959-cu illərdə Özbəkistan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olanda qazanıb. 1955-ci ildə Cəvahirləl Nehru və İndira Qandi Daşkəndə səfər edəndə hətta “Daşkəndin ruhu” ifadəsi də ortaya çıxdı. Rəşidov eyni zamanda Əfqanıstan müharibəsinin əleyhdarı idi. Onun bu mövqeyi Andropovu çox qıcıqlandırırdı. Gələcəkdə KQB(Faktiki olaraq ANDROPOV) Özbəkistan işi adı altında Rəşidovu bitirməyi hədəfləyirdi…

Rəşidovun Asiyadakı bu nüfuzundan yararlanmaq üçün Brejnev ona çox geniş bir perimetrə nəzarət etməyi tapşırdı. Siyasi Büronun gələcək tərkibində məşğul olacağı Hindistan, Çin və Əfqanıstan ilə. Brejnev bu addımı ilə həmçinin DƏRİN KQB”nin Politbürodakı nüfuzunu zəiflətməyi güdürdü. Mayın 22-də Brejnev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əliyevi qəbul etdi. Qonşu İranda baş verən İslam inqilabından sonra Azərbaycan da problem nöqtəsi idi. Brejnevin hədəflədiyi kimi Əliyev də noyabrda Siyasi Büroya daxil olmalı idi. Ona İran vektoruna nəzarət etmək tapşırılmışdı…

Sentyabrın əvvəlində ÇKP 12-ci Qurultayında Hu Yaobanq Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, Den Syaopin isə Xalq Siyasi Məşvərət Şurasının Komitəsinin sədri oldu. Yəni, bir növ arbitr kimi məsləhətçilərin üstündə dayanırdı. Brejnev də noyabrda Den Syaopin kimi şəxsən götürəcəyi partiyanın sədri postunu təsis etməklə eyni şeyi edəcəkdi. Şerbitski baş katib, Rəşidov və ya Əliyev birinci katib olacaqdı. Hər ikisi, istənilən halda, öz respublikalarında qalmalı və Siyasi Büroya məsləhətçi deyil, həlledici səslə daxil olmalı, beynəlxalq məsələlərlə Asiya istiqamətində məşğul olmalı idilər…

Pərviz Əliyev

Bənzər yazılar

Back to top button