İdman

“Real” və “Barselona”nı qarşı-qarşıya gətirən futbolçu

“Real” və “Barselona” eyni futbolçuya elçi düşüb.

Fanat.Az xəbər verir ki, iki La Liqa nəhəngi “Bayer”in 19 yaşlı futbolçusu Kai Havertsi transfer etmək istəyir.

“Sport Bild”in məlumatına görə, “Real” və “Barselona” artıq danışıqlar prosesinə start verib. Gənc yarımmüdafiəçi həmçinin “Bvvariya”, “Mançester Siti” və “Çelsi”nin də maraq dairəsindədi.

“Bayer” Haverts üçün 80 milyon avro tələb edir. İspaniya klubları isə bu məbləği aşağı salmağa çalışır.

Qeyd edək ki, Haverts cari mövsümdə “Bayer”in heyətində 34 oyuna çıxaraq 13 qol vurub və 7 məhsuldar ötürmə edib. 19 yaşlı yarımmüdafiəçi artıq Almaniyanın əsas millisində 3 oyun keçirib.

Bənzər yazılar

Back to top button