İdman

“Tanrı bu kuboku mənə hədiyyə etdi” – Messi

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin qalibi olmaları haqda danışıb.

Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu deyib: “Bilirəm! Tanrı bu kuboku mənə hədiyyə etdi. Bunu qəlbimdə hiss edirəm. Tez bir zamanda Argentinaya getmək istəyirəm. Çılğınlar kimi zəfəri qeyd etmək, sevinmək istəyirəm! Çox əziyyət çəkdik, amma bacardıq. İndi bundan zövq alaq”.

Qeyd edək ki, Argentina – Fransa matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Komandalar əlavə vaxtda hərəyə daha 1 qol vurduqları üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Argentina 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub. Messi sözügedən görüşdə dubl edib.

Bənzər yazılar

Back to top button