Sağlamlıq
Azərbaycanlıların yaşadığı kənd koronavirusa görə təcrid olundu
Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndi koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tam təcrid olunub.
AzToday.az “Report”a istinadən xəbər verir ki, kəndə giriş-çıxış bağlanıb.
Digər iki kənd – Qaratəhlə və Ağtəhlə kəndləri ilə bağlı analoji qərar hələ qəbul olunmayıb.
Qeyd edək ki, son günlər Qardabaninin kəndlərində COVID-19-a yoluxma halları artıb.