İdman

Messi Argentina millisindəki karyerası ilə bağlı fikrini dəyişdi

Argentina milli komandasının kapitanı Lionel Messi 2022-ci il dünya çempionatını (DÇ-2022) qazandıqdan sonra milli komandada çıxışını davam etdirmək istədiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, 35 yaşlı hücumçunun sözlərini TyC Sports sitat gətirir.

“Aydındır ki, karyeramı bununla bitirmək istəyirdim, bundan artıq heç nə istəyə bilmərəm. Allaha şükürlər olsun ki, o, mənə hər şeyi verdi. Demək olar ki, karyeramı bu şəkildə bitirmək çox təsiredicidir.

Amerika Kuboku, Dünya Kuboku… Bunları, demək olar ki, karyeramın sonunda əldə etdim. Mən futbolu, gördüyüm işi sevirəm. Milli komandada, qrupda olmağı xoşlayıram, dünya çempionu kimi daha bir neçə oyun keçirmək istəyirəm”, – deyə Lionel bildirib.

Ümumilikdə Messi Argentina millisində 172 oyun keçirib və 98 qol vurub. O, millinin tarixinin bombardiri və tərkibində keçirdiyi oyunların sayına görə rekordçudur.

Bundan başqa, Lionel Messi Qətərdə keçirilən Dünya Kubokunu qazanaraq ağ-göylülər millinin heyətində kubokların sayına görə əfsanəvi Dieqo Maradonanı ötüb.

Bundan əvvəl Messi 2021-ci ildə Amerika kubokunun, 2022-ci ildə isə Finalissimonun (Avro çempionu və Amerika Kubokunun qalibləri arasında matç) qalibi olub.

Dieqo Maradona Argentina millisi ilə 1986-cı ildə Dünya Kubokunu və 1993-cü ildə isə Finalissimanın analoqu olan Artemio Franki Kubokunu qazanıb.

Bənzər yazılar

Back to top button