DünyaSiyasət

Tramp Paşinyanla görüşdən yenə imtina etdi

Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Hakobyan ABŞ Prezidenti Donald Trampın adından BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri şərəfinə Nyu-Yorkda təşkil olunmuş ziyafətdə iştirak ediblər.

AzToday.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri aparatının mətbuat xidməti məlumat yayıb.

Ermənistanın baş naziri isə öz Facebook səhifəsində ABŞ Prezidenti Donald Trampla fotosunu yerləşdirib. Paşinyan fotoya belə bir şərh də yazıb: “ABŞ Prezidenti və birinci xanımla şəkil çəkdirdik”.

“Regnum” nəşri qeyd edir ki, artıq ikinci ildir Ermənistanın baş naziri ilə ABŞ Prezidenti arasında görüş təşkil etmək mümkün olmur.

Baxmayaraq ki, Ermənistan Xarici İşlər Nazirliyi dəfələrlə belə bir görüşün təşkili üçün səy göstərdiyini bildirmişdi.

Yeri gəlmişkən, sentyabrın 6-da Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan da idarəsinin respublikanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında görüşə hazırlaşdıqlarını təsdiqləmişdi.

Bənzər yazılar

Back to top button