ManşetSiyasət

Ekoloji aksiyanın yeddinci günündə erməni transformasiyası

Noyabrın 18-i Laçından Xankəndinə gedən yolda ekoloqların və onlara qoşulmuş vətəndaş fəallarının keçirdiyi aksiyanın yeddinci günü idi. Dünən gənc aksiya iştirakçıları Youtube vasitəsilə Qarabağ ermənilərinə humanitar yardım və regionda birgə dinc yaşamaq təklifi ilə müraciət ediblər. Onlar nümayişin sırf ekoloji məqsəd daşıdığını vurğulayıblar.

Dekabrın 16-da Milli Məclisin plenar iclasında deputat Tural Gəncəliyev və digərləri Laçın yolunda Azərbaycanın gömrük-sərhəd dövlət xidmətlərinin postlarının quraşdırılmasını təklif ediblər.

Piketdən kənarda, Xankəndi şəhərində bəzi ermənilər Azərbaycanla yeni müharibə zərurətini müzakirə edirlər. Bu fikirləri Avropadan qovulmuş “Dojd” telekanalı öz reportajında bir yerə toplayıb. Digər Qarabağ erməniləri açıq-aşkar deyirlər ki, Azərbaycanlılar yolu açan kimi erməni sakinlərin bir hissəsi regionu tərk edəcək.

“Mühasirənin yeddinci günü” sərlövhəli paylaşımda Qarabağlı bloger David Stepanyan belə yazır: “Deyirlər ki, boğulanları boğulanlar özləri xilas edir, amma bu, tək-tək qaçışa çevrilməməlidir. Bilirəm ki, yol açılan kimi Stepanakerti təkr edəcək ailələr tapılacaq. Yüzlərlə ailə müharibə zamanı gedib və qayıtmayıb, başqa gedənlər də olacaq”.

O, həmçinin R.Vardanyanın Xankəndində mitinq keçirmək niyyəti ilə bağlı tərəddüdünü ifadə edib.

“Düzü, Azərbaycanlılar yolu ekologiya şüarı altında bağlayıblar, yəni formal olaraq onlar Arsaxın sadə vətəndaşları üçün deyil, konkret olaraq bizim dağlarımızdan filiz daşıyan yük maşınları üçün yolu bağlayıblar. Yataq bunun əvəzində “qızıl” girovu olan insanlara nə verir? Bu mitinq nə üçündür? Kimə isə bizim bütün xalqımızla birlikdə onun mədənini qorumağa hazır olduğumuzu göstərmək üçün?

Mediapolda Qarabağda qalıb Azərbaycan qanunları ilə yaşamaq istəyən ermənilər yoxdur.

Noyabrın 16-da Yerevanda Rusiya əleyhinə nümayişlər keçirilib. İştirakçılar nitqlərində tez-tez “olmalıdır” sözdündən istifadə ediblər: Ermənilər KTMT-dən çıxmalı, Rusiya və Avropa Azərbaycan əleyhinə sözlərdən əməllərə keçməlidir. Nümayişçilər Rusiya və Qərbin Azərbaycanlıların yoldakı aksiyanı dayandırması üçün konkret olaraq nə etməli olduğuna dəqiqlik gətirməyiblər. Yalnız Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Aşot Melkonyan Azərbaycanın ağzından vurmağı təklif edib.

Ermənistandan uzaqlaşdıqca, realizm mövqeyindən çıxış edən ermənilərin sayı çoxalır. Ukraynanın daxili işlər nazirinin sabiq müavini Tiqran Avakyan bildirib ki, ermənilər muxtariyyət statusu ilə barışmalı və “müstəqillik” uğrunda mübarizəyə son qoymalıdır. Amma prezident İ.Əliyev bir neçə dəfə bildirib ki, Qarabağ ermənilərinə heç bir status verilməyəcək.

ABŞ-da yaşayan Ermənistanın birinci prezidentinin keçmiş müşaviri Jirayr Libaridyanın bu günlərdə etdiyi çıxış ən radikal çıxış olub. Dekabrın 17-də Aravot saytında onunla müsahibə dərc olunub. Müxbirin Azərbaycanlıların erməni əsgərlərə işgəncə verməsi haqqında iddialarına cavabda o, ermənilər tərəfindən öz torpaqlarından qovulmuş 700 min Azərbaycanlını xatırladıb.

Jirayr Liparityan bildirib ki, müsahibələrindən birində qadın ona soyqırımın tanınması ilə bağlı sual verib. “… mən sualla cavab verdim: birinci müharibədən sonra öz kəndini tərk edib, nəvəsinin əlindən tutub hara getdiyini bilməyən nənə… Bu nənə və nəvə pisdir, çünki onlar Azərbaycanlıdır, Açnı tərk edib hara getdiyini bilməyən erməni nənə isə yaxşı idi? O, sadəcə olaraq yaxşı ana idi? İşgəncə… Siz insanların gələcəyini həll edəcəksiniz? Bilirsiniz, Azərbaycanlılar nə düşünür: siz 700 min insanı qaçqına çevirdiniz, siz bizi 25 il alçaltdınız, indi bizdən başqa şey gözləyirsiniz? Yəni başqa müharibələrdə işgəncə olmayıb?… Biz daha çox şeyə malik olmaq istəyiriksə, sabitlik və daha güclü olmaq üçün vəsait yaratmalıyıq. Biz bu xalqı soyqırıma qurban vermək hüququna malik deyilik, bizim belə bir haqqımız yoxdur”, deyə ABŞ-da daimi yaşayan Ter-Petrosyanın keçmiş müşaviri J.Libaridyan bildirib.(Turan)

Bənzər yazılar

Back to top button