GündəmManşetSiyasət

Milli Məclis Senatın Azərbaycan əleyhinə qətnaməsinə görə Fransaya qarşı sanksiyalar təklif edib

“Fransa parlamentinin hər iki palatasının qəbul etdiyi sənədlər Azərbaycan-Fransa münasibətlərinə, o cümlədən 1993-cü il tarixli ikitərəfli müqavilənin bəndlərinə xələl gətirir”, – noyabrın 16-da Milli Məclisin Fransa parlamentinin qətnaməsilə əlaqədar qəbul etdiyi bəyanatda deyilir.

Erməni qruplaşmalarının Azərbaycanın Parisdəki səfirliyinə qarşı faşist hərəkətləri və hakimiyyətin onlara mane ola bilməməsi Fransanın Ermənistana dəstəyini nümayiş etdirir.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 30 il ərzində həll olunmamasının səbəblərindən biri status-kvonun saxlanması cəhdində Fransanın Ermənistanı dəstəkləməsi olub”, – bəyanatda deyilir.

Fransa Senatı guya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının ilcasında Azərbaycanın Ermənistana hücuma görə pislənildiyini bildirir. Halbuki, əslində həmin iclasda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvlərinin əksəriyyəti Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına çağırıb.

“Bu, Fransa Senatının Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasından öz çirkin niyyətləri üçün istifadə etdiyini göstərir.

Qətnamənin Laçın dəhlizinə dair bəndi sənəd müəlliflərinin vəziyyət barədə nə dərəcədə məlumatsız oduğunu göstərir”, – bəyanatda deyilir.

Azərbaycan parlamentariləri də Fransanın törətdiyi və bəşər tarixində qara ləkə kimi qalan hərbi cinayətləri xatırladırlar. Əsasən bu, Fransa işğalı zamanı 1,5 milyon əlcəzairlinin soyqırımıdır.

“Fransanın Ermənistanda himayə etdiyi erməni terrorçular milli qəhrəmanlar kimi tanınıblar və sonradan Azərbaycan ərazisində terror aktları törədiblər.

Biz Fransanı kolonializm siyasətindən əl çəkməyə, insanlığa qarşı törətdiyi cinayətləri tanımağa, təbii sərvətlərini taladığı ölkələrə kompensasiya ödəməyə və onlardan üzr istəməyə çağırırıq”, – bəyanatda deyilir.

Parlament yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan hökumətini Fransanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə buraxmamağa çağırır.

Bundan əlavə, Fransanın aktivlərinin dondurulması və Fransa şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakına yenidən baxılması təklif edilib.

Həmçinin Qoşulmama Hərəkatında Fransanın cinayətlərinə dair məsələnin qaldırılması, Fransada türkofobiya məsələsinin Türk Dövlətləri Təşkilatının, Fransada islamofobiya məsələsinin isə İslam Əməkdaşlıq Təşkilatının gündəliyinə salınması təklif edilib.

Bəyanat 95 səsə “lehinə”, bir səs “əleyhinə” olmaqla qəbul edilib.

Bənzər yazılar

Back to top button