Hadisə

Naxçıvanda əsgərləri heç bir təhlükəsizlik tədbiri olmadan inşaatlarda işlədirlər – Video

Naxçıvan şəhər 2-ci mikrorayon, Əlincə məhəlləsində əsgərlərdən mülki obyektlərdə işçi qüvvəsi kimi istifadə edildiyi bildirilib.

Bu barədə Meydan TV görüntülər dərc edib.

Vətəndaşların sözlərinə görə, əsgərlər yaşayış binalarında tikinti işlərində işlədilir.

Videoda təhlükəsizlik qaydalarına əməl olunmadığı da görünür.

Videonun bir neçə ay öncə çəkildiyi, əsgərlərin tikintidə istifadə edilməsinin isə bu günlərdə də davam etdiyi qeyd edilib.
Müdafiə Nazirliyi iddialarla bağlı sorğunu cavabsız qoyub.

Bənzər yazılar

Back to top button