İdman

Qurban Qurbanov: “Hələ ki, Musanın getməsinin tərəfdarı deyiləm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu, oğlu Musa Qurbanlının Polşanın “Poqon” klubuna keçəcəyi barədə yayılan xəbərlərə növbəti dəfə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, Azərbaycan kubokunun 1/4 finalında “Qəbələ” ilə cavab oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib: “Hazırda real deyil. Bildiyim qədər maraqlanıblar. Amma bir məşqçi olaraq hələ ki, getməyinin tərəfdarı deyiləm”.

Qeyd edək ki, Ağdam təmsilçisi bu ay 20 yaşlı hücumçu ilə 3,5 illik yeni müqavilə imzalayıb.

Bənzər yazılar

Back to top button