Bizim seçimDünya

Tramp demokratları fövqəladə vəziyyət elan edəcəyi ilə hədələdi

ABŞ prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət elan edərək, Konqresin icazəsinə ehtiyac duymadan Meksika ilə sərhəddə divar hördürəcəyini bəyan edib.

AzToday.az xarici mətbuata istinadən xəbər verir ki, Konqresdə təmsil olunan demokratların Meksika ilə sərhəddə divar hörülməsini özündə əks etdirən “sərhəd təhlükəsizliyi” layihəsinə büdcə ayrılması təklifinə qarşı çıxdıqlarına görə 22 dekabrdan bəri ABŞ hökuməti qismən fəaliyyət göstərir.

Bu səbəbdən Tramp demokratları hədələyərək, sözügedən divarın hörülməsinə büdcə ayrılmayacağı təqdirdə ölkədə fövqəladə vəziyyət elan edəcəyini bəyan edib.

O, həmçinin maliyyə ayrılmasa, büdcə böhranını davam edəcəyini və ABŞ federal hökumətinin aylarla, hətta illərlə bağlı qalacağını da sözlərinə əlavə edib.

Tramp büdcə probleminin önümüzdəki həftələrdə həll olunacağına ümid etdiyini deyib.

“Oyun oynamırıq”, – deyə o, bildirib.

Meksika sərhədlərindən ABŞ-a cinayətkarların, cinayətkar qruplaşmaların və insan qaçalmalçılarının qeyri-qanuni yollarla daxil olduğunu deyən Tramp buun ciddi milli təhlükəsizlik problemi olduğunu ifadə edib.

Bənzər yazılar

Back to top button