Cəmiyyət

Azərbaycan Ukraynaya növbəti humanitar yardım partiyasını göndərib

Ötən gün Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz Facebook hesabında yazıb.

“Azərbaycan biznesilə birgə təşkil edilmiş növbəti humanitar yük Ukraynaya göndərilir – Xerson onkoloji xəstəxanası üçün generator və 600 kiloqramlıq ilk yardım çantası”, – Kanevski qeyd edib.

Ukraynada müharibə başlayandan Azərbaycan bu ölkəyə 30 milyon manatlıq humanitar yardım göndərib.

Bənzər yazılar

Back to top button