Siyasət

Norveç İnsan Hüquqları Evi Fondunun hüquq müdafiəçilərinin qorunmasına dair araşdırması

Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələrində, Belarus və Ukraynada müxtəlif müdafiə mexanizmlərini özündə birləşdirən müdafiə infrastrukturuna çıxış imkanları var. Bununla belə, LGBT hüquqlarının müdafiəçiləri, qadın hüquqları və gender bərabərliyi müdafiəçiləri, ekoloji fəallar, jurnalistlər və ucqar ərazilərdə çalışan hüquq müdafiəçilərinin daha məqsədyönlü və əlçatan müdafiəyə ehtiyacı qalır. Bu barədə dekabrın 20-Norveç İnsan Hüquqları Evləri Fondunun açıqladığı “2021-ci ildə müdafiəçilər üçün müdafiə: Təhdid altında olan hüquq müdafiəçilərinə kömək üçün infrastrukturu necə təkmilləşdirmək olar” adlı hesabatda deyilir.

Araşdırma Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ukraynanı əhatə edir.

Ermənistan, Gürcüstan, Qırğızıstan və Ukrayna “hibrid demokratiyalı ölkələr”, Azərbaycan, Belarus, Qazaxıstan və Tacikistan isə “avtoritar rejimlər” qrupuna aid edilir.

Azərbaycana dair hesabatda deyilir ki, “qeyri-hökumət təşkilatlarının ənənəvi işi onları fəaliyyəti haqda qanunvericiliklə praktiki olaraq heçə endirilib, qrantların alınması, ictimai fəallıq üçün sahə məhdudlaşıb və qapanıb.

“Qeydiyyatdan keçməmiş qrantlardan istifadəyə görə qeyri-hökumət təşkilatları mütəmadi olaraq cəzalandırılır. Bu sanksiyalar hakimiyyət tərəfindən tənqidçiləri susdurmaq üçün özbaşına tətbiq edilir.

2017-ci ildən müstəqil media platformalarının əksəriyyəti bloklanıb. 2014-cü ildən bütün narazılara (siyasi müxalifət, jurnalistlər, hüquq müdafiəçiləri, insan hüquqları üzrə vəkillər) qarşı kütləvi repressiya dalğası başlayıb”, – araşdırmada qeyd edilir.

Azərbaycanda 100-ə yaxın siyasi məhbus dəmir barmaqlıqlar arxasındadır. Bir çox tanınmış vətəndaş cəmiyyəti liderləri və jurnalistlər ya xaricə gediblər, ya da qondarma cinayət ittihamı ilə həbs olunublar. Əksəriyyəti 2019-cu ilə qədər sərbəst buraxılıb, lakin ümumilikdə hakimiyyətin siyasəti vətəndaşın zəifləməsinə səbəb olub.

“Azərbaycan vətəndaş cəmiyyəti praktiki olaraq fərdlər icmasını təmsil edir ki, bu da bu sektorun institusional potensialının möhkəmləndirilməsi imkanlarını istisna edir. Bununla yanaşı, ilk növbədə qadın hüquq müdafiəçiləri arasında fəallığın artması müşahidə olunur”, – hesabatda vurğulanır.

Demokratik ölkələrin hökumətləri hüquqların müdafiəsi üzrə prevetiv işdə mühüm rol oynayırlar – onlar pozucu- dövlətləri hüquq müdafiəçilərinin qorunması ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası və ATƏT çərçivəsində götürkləri öhdəliklərə əməl etməyə çağıra bilərlər, araşdırmada deyilir.

Bənzər yazılar

Back to top button