Cəmiyyət

Bakıda şirniyyat mağazasında siçovul gəzir – Video

Bakıdakı yerləşən şirniyyat mağazalarının birində siçovul görüntülənib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Videoda siçovulun şirniyyatlarla dolu piştaxtanın üstündə gəzdiyi görünür.

Bundan əlavə şirniyyat mağazasının adının “Balaca” olduğu da görüntülərdə əks olunub.

Görüntülərlə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yeniavaz.com-a bildirilib ki, qeyd olunan məsələ Agentlik tərəfindən nəzarətə götürülüb:

“Məlumat sosial şəbəkədən götürülərək hazırda araşdırmalar həyata keçirilir. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

Bənzər yazılar

Back to top button