GündəmHadisə

Əvəz Zeynallının həbsindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilib

Jurnalist Əvəz Zeynallının müdafiə tərəfi onun hüquqlarının Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddəsilə pozulmasının tanınması xahişilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. İnsan Hüquqları və Azadlıqları haqqında Bu barədə Turan-a vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Bu barədə Tura-a vəkil Fəxrəddin Mehdiyev bildirib.

O, Zeynallının cinayət məsuliyyətinə cəlb edilməsinin qanunsuz olduğunu bildirib.

“Yanvarın 10-da məhkəmənin Əvəz Zeynallının barəsində həbs qətimkan tədbiri qərarının müddəti bitir. Ümid edirik ki, məhkəmə onun barəsində qərarını dəyişəcək və həbsdən azad edəcək”, – vəkil deyib.

Ötən gün vəkil Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında Zeynallı ilə görüşüb.

“Əvəz Zeynallının səhhətində ciddi problemlər var. O, şəkər xəstəliyindən və qan təzyiqindən əziyyət çəkir. Gözlərində ağırlaşma yaranıb. Təcili cərrahi əməliyyata ehtiyacı var”, – vəkil deyib.

Onun sözlərinə görə, jurnalistin ailəsilə görüşünə və telefon danışığına qoyulan qadağa hələ də qüvvədədir.

“Dekabrın 16-da Əvəz Zeynallının doğum günü idi. Ümid edirdik ki, həmin gündə onun ailəsilə görüşünə və ya telefon əlaqəsinə şərait yaradacaqlar. Amma bu, baş vermədi”, – o qeyd edib.

* Xatırladaq ki, vəkil Elçin Sadıqov və “Xural TV” saytının təsisçisi Əvəz Zeynallı sentyabrın 10-da rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar. Sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.

Sonradan Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin yeni maddəsilə (Cinayət Məcəlləsinin 312-1-ci maddəsi-vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ittiham irəli sürülüb.

Bənzər yazılar

Back to top button