İdman

PSJ Messi və Mbappeni itirir – “Daha heç nə deməyəcəm”

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi komandanın aparıcı üzvləri Lionel Messi və Kilian Mbappe ilə bağlı açıqlama verib.

Aut.az xəbər verir ki, Fransa mətbuatına danışan qətərli funksioner bildirib ki, hər iki futbolçu Paris təmsilçisinin gələcək planlarına daxildir. Bu səbəbdən onları komandada saxlamaq üçün hər şey edəcəklər:

“Əlbəttə, Messi və Mbappeni komandada saxlamaq istəyirik. Biz dünya çempionatının ən yaxşı oyunçusu və bombardiri haqqında danışırıq. Mbappenin bizimlə 2025-ci qədər müqaviləsi var. Lionel haqqında daha heç nə deməyəcəm. Mövsümün sonunda bitəcək sözləşmənin yeniləmək üçün planımız var”.

Qeyd edək ki, son zamanlarda KİV-lərdə həm Messi, həm də Mbappenin mövsümün sonunda PSJ-ni tərk edəcəyi barədə xəbərlər tirajlanır.

Bənzər yazılar

Back to top button