İdman

“Vugar Gashimov Memorial-2022” superturniri çərçivəsində jurnalistlər də yarışacaq

“Vugar Gashimov Memorial-2022” superturniri çərçivəsində dekabrın 21-də ​ media nümayəndələri arasında şahmat yarışı keçiriləcək. Turnirin mətbuat xidmətindən verilən məlumata görə, “Sponsor gününə” təsadüf edəcək yarış Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunacaq.

Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Hər iştirakçıya görüşün sonunadək 10 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 3 saniyə vaxt veriləcək.

Yarışda ilk üç pilləni tutan media nümayəndələrinə, müvafiq olaraq 500, 400, 300 manat pul mükafatı, qalibə kubok, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim olunacaq.

Turnirdə iştirak etmək istəyənlər dekabrın 20-si saat 12:00-dək sakh.quliyev@gmail.com e-mail ünvanına ad, soyad, təmsil etdikləri qurumu və əlaqə telefonlarını göndərə bilərlər.

Yarışda 30-dək media nümayəndəsinin iştirak edəcəyi gözlənilir.(sport24.az)

Bənzər yazılar

Back to top button