Hadisə

Məhkəmə Bəxtiyar Hacıyevi azad etməyib

Dekabrın 20-də Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

Vəkil Şəhla Hümbətova prosesdən sonra jurnalistlərə a bildirib ki, 6 günlük aclıq nəticəsində Hacıyevin vəziyyəti pisləşib. Bununla belə, o, aksiyanı davam etdirir.

Müdafiə tərəfi bugünkü qərardan apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə azad edilməyəcəyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.

Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib və o, aclığa başlayıb.

Bənzər yazılar

Back to top button