Hadisə

Polşa Elxan Nuriyevi Azərbaycana verməkdən imtina edib

Qubadlı rayonunun keçmiş sakini, oktyabrın 2-də Polşada saxlanılan Elxan Nuriyev bu gün azadlığa buraxılıb. Bu barədə Turan-a Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, Polşa məhkəməsi İnterpol tərəfindən axtarışda olan Nuriyevi Azərbaycana verməkdən imtina edib. Məhkəmənin Nuriyevi təhvil verməkdən imtinanı necə əsaslandırdığı hələlik məlum deyil.

O 1993-cü ilin avqustunda ağır cinayətin – ermənilərin hücumu zamanı rayonun müdafiəsini təşkil etməyən Qubadlı rayon prokurorunun, hakiminin və hüquq-mühafizə orqanlarının digər əməkdaşlarının qətlinin təşkilatçısı olmaqda ittiham olunur.

Qətl Nuriyevin üzvü olduğu “Qaranquş” özünümüdafiə dəstəsi tərəfindən törədilib.

Məhkəmə zamanı dəstənin digər üzvləri bildiriblər ki, rayon rəhbərliyini məhz qorxaqlığa və öz vəzifələrini yerinə yetirmədiklərinə görə cəzalandırıblar. Bu, da rayonun erməni qoşunları tərəfindən işğalına səbəb olub.

1993-cü ilin payızında Elxan Nuriyev Ukraynaya mühacirət edib və sonradan orada bu ölkənin vətəndaşlığını alıb.

Bənzər yazılar

Back to top button