İdman

“Pedri və Qavi İnyesta ilə mənim 20 yaşımızdakından daha yaxşıdır” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Ernandes Kataloniya klubunun gənc futbolçuları haqda fikirlərini bölüşüb.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, istedadlı futbolçulara sahib olduqlarını bildirib: “Pedri və Qavi İnyesta və mənim 20 yaşımızdakından yaxşıdır. Onlar artıq qələbələrdə mühüm rol oynayırlar. Ansu Fatiyə gəlincə, o, mövsümün ikinci hissəsində daha faydalı olacaq. Biz onu yavaş-yavaş meydana buraxırıq. Qalan altı ayda ondan çox şey asılı olacaq”.

Qeyd edək ki, “Barselona” bu mövsüm la Liqada 14 matçda 37 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

Bənzər yazılar

Back to top button