İdman

Messinin istəyi PSJ rəhbərliyini qorxutdu

PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin kubokunu parislilərin növbəti ev oyununda azarkeşlərə göstərmək istəyir.

Fanat.az “Goal”a istinadən xəbər verir ki, 35 yaşında dünya çempionu olan cənubi amerikalı ulduz artıq bu planını rəhbərliyə çatdırıb.

Xəbərə görə, PSJ bossları Messinin Fransa yığması üzərində qələbə sayəsində qazandığı mükafatın stadiona gətirilməsinin tribunalarda ciddi çaxnaşmaya səbəb ola biləcəyindən ehtiyatlanır. Mənbə rəhbərliyin finaldakı yenilgidən sonra çox məyus görünən Kilian Mbappe amilini də nəzərə alaraq Leonu fikrindən daşındırmağa çalışacağını vurğulayıb.

Qeyd edək ki, PSJ növbəti ev oyununu Liqa 1-in 16-cı çərçivəsində “Strasburq”a qarşı keçirəcək. Görüş dekabrın 28-də reallaşacaq.

Bənzər yazılar

Back to top button