Dünya

Ermənistanda bir sutkada daha 766 koronavirusa yoluxma qeydə alınıb

Ölənlərin sayı daha 13 nəfər artaraq 272 olub

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirlyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzindən verilən məlumata görə, Ermənistanda son 1 sutkada daha 766 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, daha 13 nəfər ölüb. Bununla da ölənlərin sayı 272 nəfərə çatıb.

Mərkəzdən verilən məlumata görə, bu günə qədər koronavirusa yoluxanların sayı 13130 nəfərdir.

Bənzər yazılar

Back to top button