Hadisə

ELTON MƏMMƏDOV FƏHLƏLƏRİ İŞLƏDİB PULUNU VERMƏDİ… KEÇMİŞ DEPUTAT FƏHLƏLƏRİ POLİSLƏ HƏDƏLƏYİR

Milli Məclisin keçmiş deputatı Elton Məmmədov məni işlədib, aldadıb, pulumu vermir. Zəhmət haqqımı gedib istəyəndə, mənə deyir ki, polis rəisinə zəng edib səni həbs etdirəcəm. Mən Ucar rayonunda yaşayıram, tikinti ustasıyam, sənətkaram. Keçmiş deputat Elton Məmmədov sürücüsü Sırac Quliyev vasitəsi ilə mənimlə danışdı ki, ona məxsus Ucarın Qazıqumlaq kəndində yerləşən villasının həyətində böyük bir avtomobil qarajı inşa edim.

Bu sözləri Tribunainfo.az-a ünvanladığı şikayət məktubunda Ucar rayonu Qarabörk kənd sakini Qasımov Elvin Kərim oğlu yazıb. O bildirib ki, Elton Məmmədova görə tikinti materialları satan mağazalara pul borclu qalıb:

“Lahiyə-smeta hazırlandı və bu ilin sentyabr ayında tikintiya başlanıldı.7 x12 ölçüdə avtomobil qarajı 3 ay müddətində inşa edildi. Qarajda 10 nəfər usta işləyib. Bahalı materiallardan incəliklərlə inşa edilən qaraj keçmiş deputat Elton Məmmədovun çox xoşuna gəlsə də, pulumu kəsdi, 3700 manatımı vermədi. Mən ona izah etdim ki, 3 ay ərzində hər gün taksi ilə Qazıqumlaq kəndinə gəlib-getməyə təkcə 1000 manat pul xərcləmişəm. Mən tikinti materialları satan maqazinlərə pul borclu qalmışam. Hansı ki, həmin tikinti materiallarını Elton Məmmədovun avtomobil qarajının inşası üçün maqazinlərdən nisyə götürmüşəm. Tikinti işlərində mənə köməklik edən fəhlələrə pul borclu qalmışam.

Mənə olan 3700 manat pul borcunu almaq üçün 3 dəfə Elton Məmmədovun evinə getmişəm. Axırda mənə dedi ki, polis rəisnə deyib səni həbs etdirəcəm.

İndi çıxılmaz vəziyyətdə qalmışam, maqazinlərə və fəhlələrə borcumu verə bilmirəm.

Çox təəcüblü qalmışam ki, belə bir yalançı-kələkbaz adam uzun illər necə millət vəkili olub ? Fəhlənin zəhmət haqqını kəsən çox imkanlı bir adamdan deputat olar ?”.

Şikayətçi mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edib:

“Cənab prezidentdən xahiş edirəm, məni işlədib, aldadıb, pulumu vermək istəməyən Milli Məclisin keçmiş deputatı Elton Məmmədovun barəsində tədbir görəsiniz. Heç olmasa keçmiş nazir Ziya Məmmədov qardaşına desin ki, fəhlənin pulunu kəsmə, halallıq al”.

Bənzər yazılar

Back to top button